Türkiyənin Malatya vilayətində gün ərzində ikinci zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 13:52-də baş verən ikinci yeraltı təkan 4,3 bal gücündə, 11,13 km dərinlikdə qeydə alınıb.