Operativ Məlumat Mərkəzi

Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb

1 dəq
Paylaş:
Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb
bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib. Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı...

Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib.

Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan imtina reytinqi 75%-ə yüksəlməyib.

“Journal du Dimanche”nin yazdığına görə, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda”, eləcə də parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.

Sorğusu həmçinin göstərib ki, fransızların 55%-i baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib.

Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2098 nəfər iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər