Fransa prezidenti Emmanuel Makron Avropa liderlərini, o cümlədən Böyük Britaniyanın baş nazirini fevralın 17-də Parisdə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün fövqəladə sammitdə qəbul edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Fransa prezidentinin bəyanatına görə, Makron ABŞ-ın Ukraynaya münasibətindəki dramatik dəyişikliyi və bunun Avropa təhlükəsizliyinə təsirlərini müzakirə etmək üçün “məsləhətçi danışıqlara” çağırıb.