Türkiyənin Balıkesir vilayətində zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin ("AFAD") rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, yeraltı təkanlar vilayətin Sındırgı rayonunda yerli vaxtla saat 07:52-də baş verib. Zəlzələnin maqnitudası 4,0 olaraq ölçülüb.
İlkin məlumatlara görə, dağıntı və xəsarət alan yoxdur.
Qeyd edək ki, seysmik aktivlik ətraf bölgələrdə qısa müddətli təşvişə səbəb olsa da, hazırda vəziyyətin sabit olduğu bildirilir.