Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Makron: Fransa 3 ölkədən sonra yeni hərbi plana keçir

2 dəq
Paylaş:
Makron: Fransa 3 ölkədən sonra yeni hərbi plana keçir

Fransa Prezidenti Emmanuel bəyan edib ki, Fransa artıq Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrində daimi hərbi bazalar qurmaq niyyətində deyil.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransa lideri bu barədə Nayrobidə keçirilən Afrika İrəli Sammiti çərçivəsində bildirib.

Makronun sözlərinə görə, bundan sonra əsas diqqəti yerli orduların təliminə və onların hərbi potensialının gücləndirilməsinə yönəldəcək, yalnız zəruri hallarda müdaxilə edəcək.

O qeyd edib ki, böyük hərbi bazaların saxlanılması artıq bir sıra regionlarda “neokolonialist yanaşma” kimi qəbul edilir və bu səbəbdən mövcud strategiya dəyişdirilir.

Fransa Prezidenti bildirib ki, ölkəsi bəzi dövlətlərin ordularını hazırlayır, onları təchiz edir və müdafiə strukturlarının gücləndirilməsinə yardım göstərir.

Makron əlavə edib ki, Fransa Sahel bölgəsində — Sahel regionunda Mali, Burkina Faso və Niger kimi ölkələrdə baş verən siyasi dəyişikliklərdən sonra hərbi mövcudluğunu yenidən nəzərdən keçirib və qoşunlarını geri çəkib.

Onun sözlərinə görə, bu addım “məcburi deyil, mövcud vəziyyətə uyğun məntiqi qərar” olub.

Sammitdə , ərzaq təhlükəsizliyi, səhiyyə, iqlim dəyişiklikləri və maliyyə islahatları kimi qlobal mövzular müzakirə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax