Macarıstanda 2023-cü ildə xarici investisiyalar rekord həddə çatıb

Macarıstanda 2023-cü ildə xarici investisiyalar rekord həddə çatıb
04.01.2024 15:12
Aa
dəq

Macarıstan iqtisadiyyatına xarici investisiyalar 2023-cü ildə rekord həddə çataraq 13 milyardavronu ötüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto feysbuk səhifəsində məlumat verib.

O qeyd edib ki, bu, 2022-ci illə müqayisədə iki dəfə çoxdur.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı artıq ikinci ildir ki, investisiya baxımından rekord nəticələr əldə edir: “2022-ci ildə Macarıstana 6,5 milyardavro, ötən il isə 13,13 milyard avro dəyərində investisiyalar daxil olub. Bunun sayəsində 19 minyeni iş yeri açılıb”.

P. Siyarto hesab edir ki, bu, ümumi daxili məhsulu 165 milyard avrodan az olan ölkə üçün yaxşı göstəricidir.

Həftənin ən çox oxunanları