Operativ Məlumat Mərkəzi

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib

1 dəq
Paylaş:
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib
bu barədə Macarıstan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və...

Macarıstan parlamenti ölkənin Baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb.

Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər