Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında hökumət olaraq İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Marıstan Baş nazir Viktor Orban "X" hesabında Stoltenberqlə telefon danışığı ilə bağlı açıqlama verib.
“Mən Stoltenberqlə telefon danışığında Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Həmçinin vurğuladım ki, biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik",- deyə paylaşımda qeyd olunub.
Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb
Oxşar xəbərlər
Eyni mövzuda
Digər
Fransa Hörmüz boğazı sammitinə NATO və Aİ rəhbərlərini dəvət etmədi
Digər
Tramp Rutte ilə görüşündə İran məsələsinə görə NATO-nu tənqid edib
Digər
Orban: Zelenski dörd ildir ki, Macarıstanı münaqişəyə sürükləməyə çalışır
Digər