Operativ Məlumat Mərkəzi

Lukaşenko Tokayevi “ağıllı adam” adlandırıb

1 dəq
Paylaş:
Lukaşenko Tokayevi “ağıllı adam” adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Çin dilini mükəmməl bilməsinə görə “ağıllı adam” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yanvarın 15-də Belarus liderinin mətbuat xidmətinə yaxın olan “Pul pervogo” Telegram kanalı görüntülər yayımlayıb.

Kadrlarda Aleksandr Lukaşenkonun “Böyük Daş” sənaye parkının administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Tatyana Harlap ilə söhbəti əks olunub.

Söhbət zamanı Lukaşenko Harlapdan Çin dilini bilib-bilmədiyini soruşub, daha sonra Çin Xalq Respublikasının sədri Si Cinpinin bu mövzuda dediklərini xatırladıb.

Belarus prezidenti bildirib ki, Çin dilini öyrənməkdən qorxmamaq lazımdır və nümunə kimi Qazaxıstan Prezidentini göstərib.

“Qazaxıstan Prezidenti Tokayev vaxtilə tərcüməçi işləyib, Çin dilini mükəmməl bilir. Normal, ağıllı insandır Qazaxıstan Prezidenti. Mən belə düşünürəm”, — deyə Lukaşenko qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər