Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putini və Rusiya vətəndaşlarını təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Lukaşenko təbrik müraciətində Belarus və Rusiya xalqları arasında mövcud olan tarixi bağlara diqqət çəkib.
O bildirib ki, belaruslar və ruslar əsrlər boyu çiyin-çiyinə irəliləyib, çətinliklərin öhdəsindən birlikdə gəlib, əldə olunan uğur və qələbələrin xatirəsini nəsildən-nəslə ötürüblər.
Belarus lideri iki ölkə arasında formalaşmış uzunmüddətli dostluq münasibətlərini yüksək qiymətləndirib.
Lukaşenko Rusiyanı öz gücünə arxalanan qabaqcıl dövlət kimi xarakterizə edərək, ölkənin güclü iqtisadi və müdafiə potensialına malik olduğunu vurğulayıb.
O, həmçinin Rusiyanın qlobal dəyişikliklər fonunda ədalətli dünya nizamının təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Belarus Prezidenti rus xalqına xoşbəxtlik, rifah və firavanlıq, Vladimir Putinə isə Vətənin inkişafı naminə yeni uğurlar arzulayıb.