Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Luvr Muzeyinin direktoru istefa verdi: Onu kim əvəzləyəcək?

2 dəq
Paylaş:
Luvr Muzeyinin direktoru istefa verdi: Onu kim əvəzləyəcək?

Muzeyinin direktoru de Kars istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, buna 2025-ci ilin oktyabr ayında baş verən böyük soyğunçuluq, problemləri, binanın təmir problemləri və işçilərin tətili səbəb olub.

Fransa Prezidenti Makron Lorens de Karsın istefasını qəbul edib.

Versal muzeylərinin hazırkı direktoru Kristof Leribonun istefa vermiş müdiri əvəzləyəcəyi gözlənilir.

Oktyabr ayında muzeydən 88 milyon avro dəyərində zərgərlik əşyası oğurlandı və hələ də tapılmayıb. III Napoleonun həyat yoldaşı, Fransa imperatriçası Yevgeninin tacı zədələnib. Muzeydə əmək haqqından narazılıq və pis iş şəraiti tətillərə və vaxtaşırı iş dayanmalarına səbəb oldu. Fevralın ortalarında Luvrdakı məşhur Lizanın yaxınlığında boru partladı. Sızma nəticəsində qiymətli kitablar zədələndi. Muzeyə 10 milyon avroya başa gələn bilet fırıldaqçılığı sxemi də bu yaxınlarda aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax