Litva Prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”

Litva Prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”
22.05.2023 15:59
Aa
dəq

“Biz Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Bu gün biz sağlam ikitərəfli əlaqələrimizə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanlar tapmaqda maraqlıyıq. Azərbaycanı nəhəng enerji potensialına və şaxələndirmə istəyinə malik olan, iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsalat, qabaqcıl qida emalı və bərpa olunan enerji kimi müxtəlif sahələri litvalı sahibkarları cəlb edir”, - o vurğulayıb.

Litva dövlət başçısı qeyd edib ki, sıfır emissiya hədəfinə diqqət yetirməklə iqtisadiyyatın inkişafı Azərbaycan və Litva iqtisadiyyatlarını da yaxınlaşdıra bilər: “Mən qəti şəkildə inanıram ki, xalqlarımız təkcə iqtisadiyyat sahəsində deyil, həm də elm, təhsil və mədəniyyət sahələrində də birləşməlidir”.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu