Mute Eqede bildirib ki, o, mayın 18-də ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndəsi Luiziana ştatının qubernatoru Ceff Lendri ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qeyd edilib ki, məqsəd Qrenlandiyada qərarların yalnız ada sakinləri tərəfindən qəbul edildiyini ona izah etməkdir.
“Burada açıq şəkildə vurğulamaq istəyirəm ki, Qrenlandiyanın gələcəyinə yalnız biz - Qrenlandiyada yaşayanlar qərar veririk. Eyni zamanda mənim üçün vacibdir ki, diplomatik proses və yaratdığımız işçi qrupu qarşılıqlı hörmət, beynəlxalq hüquq və Qrenlandiyaya hörmət prinsipləri əsasında fəaliyyətini davam etdirsin”, - o qeyd edib.
Qeyd edək ki, Lendri 2025-ci ilin dekabrında ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin olunub və bu qərar həm Danimarkada, həm də adanın özündə tənqidlərə səbəb olub.
Siyasətçi daha əvvəl ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən Qrenlandiya üzərində nəzarətin qurulması məqsədini həyata keçirməyə çalışacağını bildirmişdi.
Yanvarın 31-də Ağ Ev muxtar ərazinin gələcək statusu ilə bağlı danışıqların başladığını açıqlayıb və həm ABŞ, həm də Avropa üçün uğurlu razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
Tramp isə dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini vurğulayıb. O, ilk prezidentlik dövründə adanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə onun ilhaq edilə biləcəyinə əmin olduğunu bildirmişdi.