Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva "Yüksələn işıq" sərgisində

2 dəq
Paylaş:
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin təqdim etdiyi "Yüksələn işıq" adlı sərgisində iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbir zamanı Reza Deqati sərgi barədə Leyla Əliyevaya ətraflı məlumat verib.

Qeyd edək ki, "Yüksələn işıq" sərgisi Reza Deqatinin obyektivindən Azərbaycanın vətəndaşlarını, bənzərsiz təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini nümayiş etdirir. Bu fotolar sadəcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

" Hava Yolları" QSC (AZAL) üçün bu layihə səyahətin əsl mahiyyətini kəşf etməyi və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir.

"Yüksələn işıq" sərgisi AZAL, "Boeing" korporasiyası və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq "Azərbaycan Hava Yolları" ilə "Boeing" arasında uzunmüddətli strateji əməkdaşlığın vacib bir hissəsidir.

Layihə həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin artırılması və Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax