Operativ Məlumat Mərkəzi

Lerikdə iki ev yararsız vəziyyətə düşüb

1 dəq
Paylaş:
Lerikdə iki ev yararsız vəziyyətə düşüb

Lerik rayonunda evləri yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün çadırlar qurulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər