Operativ Məlumat Mərkəzi

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

1 dəq
Paylaş:
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bu gün Lənkəran rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azərişıq”...

Bu gün Lənkəran rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər