Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb

Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb
12.08.2023 13:49
Aa
dəq

Avqustun 31-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Ata Bank” və “Dəmir Bank” ASC-lərin, sentyabrın 14-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda “Dəmir Bank”ın daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Ata Bank”a məxsus 38 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, “Dəmir Bank”a məxsus 18 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, eləcə də “Dəmir Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1-69/2-69/3-69/4 ünvanında yerləşən 485,9 kv.metrlik 4 fərdi yaşayış evindən gedir.

Bankların daşınar əmlaklarına müvafiq olaraq 4,8 min manat və 2,3 min manat, “Dəmir Bank”ın daşınmaz əmlaklarına isə 1 milyon 912,5 min manat, 1,870 milyon manat, 1,870 milyon manat və 1 milyon 742,5 min manat qiymət qoyulub.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu