Vyetnamın yeni Baş naziri seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildiirlib ki, Vyetnam Milli Assambleyası (parlament) Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin rəhbəri Le Min Hınqı 2026-2031-ci illər üçün ölkənin baş naziri seçib.
Səsvermə Hanoyda davam edən 16-cı çağırış ali qanunverici orqanın ilk sessiyası zamanı keçirilib.
Le Min Hınqın namizədliyi iclasda iştirak edən 495 deputat tərəfindən yekdilliklə təsdiqlənib ki, bu da bu ilin martında seçilmiş 500 nəfərlik Milli Assambleyanın ümumi tərkibinin 99 faizini təşkil edir.
55 yaşlı Le Min Hınq ölkənin müasir tarixində, 1945-ci il Avqust inqilabından sonrakı dövr üzrə Vyetnamın onuncu hökumət başçısı olub.
Bu vəzifəyə seçilməzdən əvvəl o, 2024-cü ilin mayından etibarən VKP MK-nın Təşkilat şöbəsinin rəhbəri vəzifəsində çalışıb, daha əvvəl isə beş il ərzində VKP MK-nın aparatı rəhbəri olub.
Partiya işinə keçməzdən öncə Le Min Hınq Vyetnam Dövlət Bankının sədri olub.
2016-cı ildə Le Min Hınq 46 yaşında Dövlət Bankının sədri təyin olunaraq ölkə tarixində bu vəzifəni tutan ən gənc şəxs və 2016–2021-ci illər dövründə Vyetnam hökumətinin ən gənc üzvü olub.