Lavrov: "Ümid edirik ki, qeyri-regional ölkələr prosesə mane olmayacaq"

Lavrov: "Ümid edirik ki, qeyri-regional ölkələr prosesə mane olmayacaq"
07.04.2023 13:32
Aa
dəq

Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva və Ankara Cənubi Qafqaz və bu regiona qonşu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır: “Biz Ermənistanla Türkiyə arasında bizim dəstəyimizlə başlayan normallaşma prosesini alqışlayırıq. Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı səyləri alqışlayırıq. Əlbəttə ki, Cənubi Qafqazın münaqişə sonrası bərpasını alqışlayırıq. Bütün bu məsələlərlə bağlı, bildiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara nail olunub. Bu razılaşmalar işin davam etdirilməsi üçün əsas olaraq qalır.

Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımız bu prosesə mane olmayacaq, tərəfləri üçtərəfli razılaşmaları ciddi şəkildə icra etməyə istiqamətləndirəcəklər!”

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu