Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 25-də İrana işgüzar səfər edəcək və orada iranlı həmkarı Abbas Əraqçi ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı diplomatlar 2025-ci il yanvarın 17-də Moskvada dövlətlərarası sazişin imzalanması ilə “əsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya və İran arasında ikitərəfli münasibətlərin gündəliyini müzakirə edəcəklər.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, nazirlər enerji və nəqliyyat sahələrində mühüm İran-Rusiya layihələrinin həyata keçirilməsi kontekstində ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə diqqət yetirəcəklər.
Lavrov və Əraqçı həmçinin beynəlxalq məsələlər, o cümlədən Suriya, Qafqaz, Əfqanıstan, Yaxın Şərqdəki vəziyyət, Xəzər məsələləri, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparacaqlar.