Sabiq Prezidenti: “Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”

Sabiq Prezidenti: “Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”
09.03.2023 11:43
Aa
dəq

“Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlmandır:

“Burada dini azadlıq prinsip kimi tədbiq edilir. Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinizlə bağlı sizi təbik edirəm. Vacib məsələ odur ki, müxtəlif səviyyələrdə mövqe sərgilənməli, dialoqlar aparılmalıdır. Çünki siz dialoqu başlatdıqda, hər tərəf buna maraqlı olmalıdır”.

O qeyd edib ki, dialoqu məhz bütün başa düşən tərəflərlə aparmaq lazımdır:

“Bu gün hər hansı ölkənin vətəndaşlarına qarşı hücumlar edilirsə, insanlar tələf olursa - Ukraynadakı kimi - bu, qəbul edilməzdir. Heç bir tərəfin digər ölkəyə dağıntlılar gətirmək, insanları məhv etmək, silahı işə salmaq hüququ yoxdur. Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb. Hamımız buna çalışmalıyıq. Kiçik ölkə olaraq NATO-ya üzv olduq ki, böyük qonşu dövlətlərə qarşı öz müdafiəmizi təmin edə bilək. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, forumun növbəti günlərində də maraqlı fikir mübadiləsi apara biləcəksiniz. Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq”.

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu