Latviya və Litva Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan potensial Avropa missiyasında iştirak etməyə hazır olduqlarını bildiriblər.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Məlumata görə, Litvanın müdafiə naziri Robertas Kaunas Vilnüsün Hörmüz boğazındakı əməliyyatda iştirak etməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda Latviya da mümkün missiya üçün resurslar ayırmağa hazır olduğunu bildirib.
Qeyd olunub ki, Latviya əvvəllər Qırmızı dənizdə gəmiçiliyin qorunmasına yönəlmiş Aİ-nin “Aspides” əməliyyatında da iştirak edib.
Euractiv-in məlumatına görə, Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Hörmüz boğazında “Aspides” əməliyyatının mandatının genişləndirilməsini təklif edib. Artıq bir neçə Aİ ölkəsinin əlavə gəmilər təmin etməyə hazır olduğu bildirilir.