Laçının daha 81 sakini doğma yurda qayıdır

Laçının daha 81 sakini doğma yurda qayıdır
22.11.2023 07:03
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

TREND

Həftənin ən çox oxunanları

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
DAVAMIN OXU davamın oxu

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb
DAVAMIN OXU davamın oxu

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
DAVAMIN OXU davamın oxu

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib
DAVAMIN OXU davamın oxu