"Laçın" sərhəd məntəqəsinin qurulmasının ildönümü qeyd olunub - VİDEO

"Laçın" sərhəd məntəqəsinin qurulmasının ildönümü qeyd olunub - VİDEO
23.04.2024 19:06
Aa
dəq

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.

Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.

Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.

Həftənin ən çox oxunanları

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO
DAVAMIN OXU davamın oxu

Orduda tank bölmələri ilə təlim keçirildi

Orduda tank bölmələri ilə təlim keçirildi
DAVAMIN OXU davamın oxu

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb
DAVAMIN OXU davamın oxu

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib
DAVAMIN OXU davamın oxu