Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb
05.07.2025 15:20
Aa
dəq

Laçın Rayon Polis Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları