"Yuventus"un hücumçusu Federiko Kyeza digər klubların marağına baxmayaraq komandasında qalmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Qeyd edilib ki, italyan bu transfer pəncərəsində “qoca sinyora”dan ayrılmaq niyyətində deyil.
Xatırladaq ki, Kyezanın "Yuventus"la müqaviləsi iki ildən sonra başa çatır.