Əsas məzmuna keç

Kürdəmirdə qanunsuz ov edənlər saxlanılıb

Kürdəmirdə qanunsuz ov edənlər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə...

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aparılan araşdırmalarla onların kənd sakinləri C., F.Bünyətov, Göyçay rayon sakinləri – Q. və C.Mahmudov olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri iki ədəd "İJ" markalı ov silahı və qanunsuz olaraq ovlanmış heyvanlar götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakini İ.Kərimovdan bir ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…