Əsas məzmuna keç

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirildi

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirildi

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Rayon...

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanaraq ibtidai istintaq aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #cinayət işi
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…