Operativ Məlumat Mərkəzi

Küləkli havaya görə xəbərdarlıq edilib

1 dəq
Paylaş:
Küləkli havaya görə xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xəbərdarlıq dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xəbərdarlıq dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlıdır.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən, Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər