Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

1 dəq
Paylaş:
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən "Operativ...

Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək

Bu xəbəri paylaş

Oxşar xəbərlər