Operativ Məlumat Mərkəzi

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi - FOTO

1 dəq
Paylaş:
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi - FOTO
bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir,...

İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qaxda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər