Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Raul Kastroya qarşı ittiham: Kuba Prezidenti rəsmi cavab verdi

2 dəq
Paylaş:
Raul Kastroya qarşı ittiham: Kuba Prezidenti rəsmi cavab verdi

Prezidenti Migel Dias- bildirib ki, ABŞ hökumətinin Kuba Kommunist Partiyasının keçmiş lideri Raul Kastroya qarşı sürmək cəhdinin heç bir hüquqi əsası yoxdur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, 20 may tarixində X sosial şəbəkəsində bu barədə paylaşım edib.

Dias-Kanel yazıb: “Bu, heç bir hüquqi əsası olmayan və yalnız Kubaya qarşı ehtiyatsız təcavüzü haqlı çıxarmaq üçün hazırlanmış uydurma bir işi gücləndirməyə yönəlmiş siyasi aktdır”.

Onun sözlərinə görə, ABŞ 1996-cı ildə Kuba tərəfindən ABŞ-də kubalı mühacirlər tərəfindən yaradılmış humanitar təşkilata məxsus iki təyyarənin vurulması ilə bağlı faktları təhrif edir.

Kuba Prezidenti əlavə edib: “Vaşinqton çox yaxşı bilir ki, Kuba o vaxt hüququ pozmayıb; əksinə, Kuba qanuni özünümüdafiə məqsədilə hərəkət edib”.

Qeyd edək ki, mayın 20-də ABŞ Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətl və sui-qəsdi ittihamları irəli sürüldüyünü açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax