"İstənilən xarici təcavüzkar Kubanın qarşısıalınmaz müqaviməti ilə qarşılaşacaq".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kuba prezidenti Migel Dias-Kanel deyib.
"ABŞ Kubanı demək olar ki, hər gün çevrilişlə hədələyir. Onlar Kubanın sərvətlərini və əmlakını ələ keçirmək niyyətindədirlər. Bütün millətə qarşı kollektiv cəza metodu kimi amansız iqtisadi müharibədən istifadə olunur", - o bildirib.
Kuba prezidenti qeyd edib ki, ABŞ xalqa qarşı amansız iqtisadi müharibəyə başlayıb:
“Ən pis ssenari qarşısında Kuba istənilən xarici təcavüzkarın qarşısıalınmaz müqavimətlə qarşılaşacağına əmindir”.