Operativ Məlumat Mərkəzi

KTMT-nin baş katibi: “Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”

1 dəq
Paylaş:
KTMT-nin baş katibi: “Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”
bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. O, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrin müntəzəm aparıldığını və bu...

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

O, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrin müntəzəm aparıldığını və bu yaxınlarda Avropada danışıqların növbəti raundunun baş tutduğunu vurğulayıb.

"Qeyd edilib ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Almatı Bəyannaməsi əsasında təsdiq edilmiş sərhədləri praktiki olaraq tanıyır", - KTMT-nin baş katibi deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər