İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Azrak hava bazasına hücumun uğurlu olması və ABŞ qırıcı təyyarələrinin məhv edilməsi barədə məlumat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək Amerikanın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdirildiyi ərazilərə, eləcə də Əl-Azrak hava bazası və komandanlıq mərkəzindəki ABŞ-ın əsas hərbi obyektlərinə zərbələr endirib, bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv edib", - deyə məlumatda qeyd olunub.