Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "The Wall Street Journal" nəşrində dərc olunan və Rusiyanın İrana kəşfiyyat məlumatları, o cümlədən Yaxın Şərqdəki Amerika obyektlərinin peyk görüntülərini ötürdüyü iddia edilən məqaləyə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" "RIA Novosti"yə istinadən xəbər verir ki, Peskov ABŞ rəsmilərinin özlərinin də bu barədə heç bir məlumata malik olmadıqlarını qeyd edib:
"Bu məsələ ilə bağlı ABŞ-nin rəsmi nümayəndələrinin şərhləri olub. Onlar özləri bu barədə heç bir informasiyaya sahib olmadıqlarını bildiriblər".
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trump jurnalistlərin Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı sualını "axmaq sual" adlandırıb.
Eyni zamanda, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Matthev Vhitaker də bu şayiələrə inanmadığını vurğulayıb.
Vhitaker qeyd edib ki, rusların iranlılarla birlikdə müharibədə iştirak etdiyini deyə biləcək heç bir əlamət yoxdur.