Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kosovada prezident seçilə bilmədi: Ölkə növbədənkənar seçkilərə gedir

2 dəq
Paylaş:
Kosovada prezident seçilə bilmədi: Ölkə növbədənkənar seçkilərə gedir

Kosovada keçirilən siyasi böhranla nəticələnib. Ölkə parlamenti yeni dövlət başçısını seçə bilmədiyi üçün buraxılma qərarı ilə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gün ərzində Kosova Parlamentinin Baş Assambleyası seçimi üçün bir neçə dəfə toplanıb.

Lakin müxalifət partiyalarını təmsil edən deputatların iclasları boykot etməsi səbəbindən səsvermənin ilk turu üçün tələb olunan üçdə iki səs çoxluğu təmin edilməyib.

Yerli vaxtla saat 00:00-da keçirilən sonuncu toplantı da heç bir nəticə vermədən başa çatıb.

Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş müddət ərzində yeni prezidentin seçilə bilməməsi qanunverici orqanın fəaliyyətini dayandırmasına gətirib çıxarıb. Parlamentin sədri Albulena Haxhiu iclasın bağlanışındakı çıxışında qanunvericilik dövrünün rəsmən bitdiyini bəyan edərək, yaxın vaxtlarda seçkilərin elan ediləcəyini diqqətə çatdırıb.

isə prosesin yekunlaşmasına az qalmış yaranmış vəziyyəti dəyərləndirib.

Hökumət rəhbəri müxalifətin parlamentdə iştirak etməməsini kəskin tənqid edərək, "Artıq edə biləcəyimiz başqa bir şey qalmadı" ifadəsini işlədib və seçicilərin bu duruma adekvat qiymət verəcəyinə inandığını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax