Əsas məzmuna keç

“Koroğlu” metrostansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb

“Koroğlu” metrostansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb

“Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istiunadən xəbər verir.

Məlumata görə, son 2 ildə bu stansiya sayına görə ən giriş-çıxışlı stansiyaya çevrilib. Bu dövrdə stansiyada təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Lakin stansiyanın vestibülündə sərnişinlərin həm haqqı yükləməsi, həm də yoxlanış məntəqəsinin yerləşməsi sərnişin sıxlığına səbəb olur, davamlı hərəkət axınına maneələr yaradırdı. Davamlı addımların daha biri kimi, stansiyanın daha çox sərnişin axını olan keçidində gediş haqqının yüklənməsi üçün 2 yerləşdirilib. Eyni zamanda vestibüldə sərnişinlərin hərəkət intensivliyini daha da artırmaq məqsədilə həmin sahədən daha bir terminal da keçid zonasında qoyulub.

Hər 3 terminal stansiyanın sərnişinlərin giriş zonasına axını istiqamətində hərəkətə mane olmayan xüsusi ayrılmış sahədə yerləşdirilib. Terminallar yerləşdirildikdən sonra aparılan müşahidələr və sərnişin rəyləri müsbət olmaqla, vestibüldə hərəkətin daha nizamlı və sürətli təşkilinə şərait yaradıb.

QR bilet sisteminin təşviqi, eyni zamanda sərnişinlərin məlumatlılığının artırılması məqsədilə bütün stansiyaların giriş qapıları, eyni zamanda, vestibüllərin uyğun zonalarında QR biletdən istifadə ilə bağlı və dilində məlumat lövhələri yerləşdirilib. Bu proses stansiyaların bütün uyğun zonalarında təmin ediləcək.

Sərnişinlər Azərbaycan və ingilis dilində məlumatlarlarla stansiyalardan kənarda da tanış olmaq üçün informasiya lövhələrində olan QR kodlardan istifadə edərək, metropolitenin saytındakı müvafiq bölmələrə daxil ola bilərlər.

Bundan savayı, metropolitenin gediş haqqının yüklənməsi üçün terminalların qoyulduğu vestibül zonalarında da QR biletdən istifadə qaydaları, ardıcıllığı və digər faydalı informasiyalar yerləşdirilir. Xüsusi təsvirlərin müşayiəti ilə verilən lakonik məlumatlar sərnişinlərin bu sistemlə tanışlığını daha rahat edir. Eyni zamanda həmin lövhədəki QR-kodu skan etməklə sərnişinlər daha geniş məlumatla saytda da tanış ola bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…