Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb
23.02.2024 16:28
Aa
dəq

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi bəlli olub.

İstanbul klubu bu raundda “Yunion” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub.

UEFA Konfrans Liqası
1/8 final mərhələsi

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) - “Brügge” (Belçika)

“Yunion” (Belçika) - “Fənərbağça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) - “Lill” (Fransa)

“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu