Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir

3 dəq
Paylaş:
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir

Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax