Kollegiya vəkil Elçin Sadıqovla bağlı məlumat yayıb

Kollegiya vəkil Elçin Sadıqovla bağlı məlumat yayıb
08.07.2023 13:27
Aa
dəq

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun və digər 2 vəkilin peşə fəaliyyətlərini həyata keçirərkən yol verdikləri intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan, onlar barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 8-ci bəndinə əsasən məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Vəkillər Kollegiyasından bildirilib.

Qeyd edilib ki, Vəkillərin İntizam Komissiyasının fəaliyyəti “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynalxalq təcrübəyə uyğun təşkil olunmuşdur. Belə ki, 2017-ci ildə Rəyasət Heyətində seçkilər və dəyişiklikdən sonra “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) davranış qaydaları əsasında hazırlanıb:

"Daha sonra, Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) və CCBE-nin əlavə təklifləri də nəzərə alınmaqla, Vəkillərin ümumi yığıncağında (konfransı) bu Əsasnaməyə müvafiq dəyişikliklər edilib. Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə ilə bağlı məsələ məhkəmə qərarı əsasında həll edildiyindən, həmçinin vəkillərin işgüzar nüfuzunu nəzərə alaraq fəaliyyətləri dayandırılaraq barələrində məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul olunmuş vəkillərin kimliyi barədə məlumatlar Kollegiya tərəfindən, bir qayda olaraq açıqlanmır".

Vəkil Elçin Sadıqovla bağlı məlumatlar isə artıq onun özü tərəfindən ictimailəşdirildiyindən, Kollegiya bu məsələ ilə əlaqədar aşağıdakıları qeyd edir:

Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müvafiq müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.

Komissiya vəkil Elçin Sadıqovun publik açıqlamasını və toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlinib ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar onun tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozulub.

Belə ki, Elçin Sadıqov “Baku Steel Company” Şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan hallara dair publik qaydada - “... O gündən sonra Əvəz dayanmadı hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.”; “... Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox sənədlər verdiyimi deyim. Özü də elə dedi.” - məzmununda paylaşım etmişdir.

Bununla, vəkil Elçin Sadıqov özünün etdiyi etirafa əsasən, qeyri-qanuni vasitəçiliyə əl ataraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb etmişdir.

Belə ki, həmin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən, vəkillər öz fəaliyyətlərində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdirlər. Lakin göründüyü kimi, vəkil Elçin Sadıqov qanunvericiliyə zidd olaraq öz fəaliyyətində qanunsuz, vəkil etikasına zidd olan üsul və vasitələrdən istifadə etmişdir. Halbuki, Əsasnamənin 2.10-cu bəndinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır.

Həftənin ən çox oxunanları

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu