ABŞ-nin "Cincinnati" klubu braziliyalı ulduz futbolçu Neymarın transferi üçün ilkin danışıqlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
MLS təmsilçisinin rəhbərliyi hazırda "Santos" klubunda çıxış edən 34 yaşlı hücumçunun maliyyə tələblərini nəzərdən keçirir.
Lakin klubun həll etməli olduğu bir limit problemi var. Hazırda komandadakı hər üç ulduz oyunçu yeri doludur. Bu yerləri Kevin Denke, Maylz Robinson və Evander tutur.
Neymarın əsas hədəfi Karlo Ançelottinin rəhbərliyi altında 2026-cı il Dünya Çempionatında Braziliya milli komandasına qayıtmaqdır.
Futbolçunun Braziliya klubu ilə müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulsa da, ABŞ-yə köçmək onun mundiala hazırlığında mühüm mərhələ ola bilər.
"Cincinnati" öz maliyyə gücünə güvənir və dünya ulduzunun yeni ünvanı olmağa hazırdır.