Vladimir Zelenski ABŞ-la ikinci iqtisadi sazişi Ukrayna üçün təhlükəsizlik zəmanəti verilməsə imzalamayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbəyə istinadən məlumat yayıb.
Jurnal qeyd edib ki, Ukrayna ABŞ-la “mineral sərvətlərin birgə çıxarılması” haqqında çərçivə sazişi imzalamağı planlaşdırır.
Çərçivə sazişi iki hissəli razılaşmanın ilk addımı olacaq, detalların çoxu "\gələcək danışıqlar zamanı"\ müəyyən ediləcək.
Çərçivə sazişində iki tərəfin Ukrayna üçün birgə investisiya fondu yaratmaq niyyəti qeyd olunub. Kiyevin mənbə dövlət layihələrindən əldə olunan gəlirin 50%-ni fonda köçürməsi gözlənilir.