Oktyabrın 26-da Bakı Konqress Mərkəzində “Kibermüharibə” yarışının final mərhələsinə start verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, final mərhələsinə 20 komanda qatılıb.
Azərbaycanda kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunmasının inkişaf etdirilməsi məqsədilə ilk dəfə keçirilən “Kibermüharibə” yarışının final mərhələsinin qalibləri oktyabrın 27-də açıqlanacaq.
AZƏRTAC