Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hakan Fidan və İshaq Dar sülhə çağırdı

2 dəq
Paylaş:
Hakan Fidan və İshaq Dar sülhə çağırdı

Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı arasında baş tutan zamanı müzakirə olunub.

Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar.

"Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax