Keniyanın paytaxtı Nayrobi yaxınlığında yeniyetmə qız aslan hücumuna məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 14 yaşlı qız ölüb.
Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) verdiyi açıqlamaya görə, hadisə Nayrobi Milli Parkının düz yanındakı fermada baş verib.
Bildirilib ki, aslan yeniyetmə qızı yaşadığı ərazidən qaçırıb.
Başqa bir azyaşlı uşaq bunu görüb səlahiyyətliləri xəbərdar etdikdən sonra KWS qrupları hərəkətə keçib və Mbagathi çayının sahilində qızın cansız bədənini aşkar ediblər.