Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi tədbirləri davam edir.
FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.