Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub

Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub
25.08.2023 19:22
Aa
dəq

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.

Prezident İlham Əliyev Zar kəndinin təməlini qoydu.

Qeyd olundu ki, Zar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra xatirə şəkilləri çəkdirildi.

Həftənin ən çox oxunanları

Laçınlılara ŞAD XƏBƏR VAR

Laçınlılara ŞAD XƏBƏR VAR
DAVAMIN OXU davamın oxu

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
DAVAMIN OXU davamın oxu

Prezident ŞAD XƏBƏR VERDİ

Prezident ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür
DAVAMIN OXU davamın oxu