"ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2023-cü ilin dekabrına təyin edilmiş növbəti məhkəmə iclasına qədər ona qarşı irəli sürülən bütün ittihamların götürülməsinə çalışacağıq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Trampın vəkili Cim Trusti ABC telekanalına müsahibəsində deyib.
"İttihamların ləğvi tələbinin hüquqi əsasları var. Bir neçə əsaslı vəsatətin olacağını gözləyirəm", - Trusti qeyd edib.
Qeyd edək ki, Donald Trampın ilk məhkəməsi aprelin 4-də baş tutub. Keçmiş prezident qiyabi olaraq həbs edilib, daha sonra bu qərar ləğv olunub.