Fridrix Merz fevralın 25-də iki günlük rəsmi səfərlə Pekinə gəlib. Bu, kanslerin vəzifəyə başlamasından bəri Çinə ilk səfəridir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Xinhua News Agency" məlumat yayıb.
Səfər çərçivəsində Fridrix Merz Si Cinpin və Li Keqiang ilə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.
Çin Ticarət Nazirliyinin məlumatına görə, Fridrix Merz səfər zamanı Almaniyanın təxminən 30 aparıcı şirkətinin rəhbərləri müşayiət edir.